Şagirdlərimiz II Bakı Elm Olimpiadasının qalibi oldu

   Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. II Bakı Elm Olimpiadasının I mərhələsində 320 ümumi təhsil müəssisəsindən 960 şagird iştirak etdi, 24 komanda finala vəsiqə qazandı.

    Liseyin IX sinif şagirdləri Kərimli Əsgər, Cəbili Qurban, Babaşova Ləman yarışa liseyin fizika müəllimi Gülçin Baxşıyevanın rəhbərliyi altında qatılmışdı. Finala  vəsiqə alan liseyimizin komandası, bu mərhələdə də uğurla çıxış etdi. Belə ki, şagirdlərimiz  təcrübə işi üzrə komanda hesabında III yerin sahibi oldu. Şəxsi hesabda isə Əsgər Kərimli I yerin, Qurban Cəbili II yerin sahibi oldu. Şagirdlərə medal, diplom və hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi