SASMO-nın qalibləri

  2023-ci il  SASMO (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası ) olimpidasının nəticələrinə görə qaliblərin  mükafatlandırılması tədbiri keçirildi. Liseyimizin 20 şagirdi  bu tədbirdə medal və diplomlarla təltif edildi. Bunlardan 8 nəfəri bir sinfin şagirdləri idi. Beləki, liseyin ibtidai sinif müəllimi Səadət Salahovanın rəhbərlik etdiyi   3d sinfindən  Məmmədli Alpər qızıl medalla Azərbaycan birincisi, Rəşidli Amid  qızıl medalla Azərbaycan üçüncüsü, Novruzlu Uğur qızıl medalla Azərbaycan yeddincisi oldu.   Nəzirli Fikrət, Əbilzadə Fatimə , Abbaslı Abbas və  Cəfərli Əli gümüş medala, Seyidli Fatimə  isə bürünc medala  layiq görüldü.

  İstedadlı şagirdlərimizi və onların zəhmətkeş müəllimi təbrik edir, yeni nailiyyətlər arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi