AlpLogo - 2023

Iyunun 11-də Informatika dərsliyinin müəllifi əməkdar müəllim Naidə Isayevanın təşkilatçılığı ilə Ramin Mahmudzadənin xatirəsinə həsr edilmiş Alplogo proqlamlaşdırma olimpiadasının qaliblərinin mükafatlandırma tədbiri keçirilmişdir.
Liseyimizin 6c sinif şagirdi Kənan Cəbili Alplogo-2023 proqramlaşdırma olimpiadasında 2-ci yer tutduğuna görə diplomla təltif olunub. Şagirdimizi və onun müəllimi Əhmədova Ceyranı təbrik edir və yeni nailiyyətlər arzulayırıq.