“Kitabçı düşərgəsi” sərgidə oldu

Zəkalar liseyinin müəllimi İbrahim Rüstəmovun  rəhbərlik etdiyi “Kitabçı düşərgəsi”nin üzvləri V Milli Kitab Sərgisində iştirak etmişlər. Sərgidə əsasən yerli nəşriyyatlarda çap olunmuş kitablar nümayiş olunmuş, oxuculara müxtəlif janrlarda mindən artıq ədəbiyyat nümunəsi təqdim edilmişdir. 
Gənc kitabsevərlər kitabların xüsusi güzəştlərlə satışa çıxarılmasını təqdirəlayiq hal kimi dəyərləndirmiş, yaradılmış fürsətə görə sərgi təşkilatçılarına minnətdarlıq etmiş və istər Azərbaycan, istərsə də dünya ədəbiyyatının  nadir yazılı inciləri ilə tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi