20 Yanvar faciəsinə həsr olunan tədbir keçirildi

19 yanvar 2017-ci ildə liseyimizin akt zalında tədbir keçirildi. Tədbirdə liseyin rəhbərliyi, müəllimlər, valideynlər iştirak edirdilər.Liseyimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Könül tərəfindən hazırlanmış tədbirdə 1990-cı ildə azadlıq uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə faciənin dəhşətləri göstərildi, xalqımızın əzmindən, əliyalın xalqın şücaətindən danışıldı. Şagirdlər göstərdikləri səhnəciklərlə həmin gün yaşananları göz önünə gətirdilər. Söylənilən şeirlər, oxunulan mahnılar yenə də bir əsgər kimi vətənimizin keşiyində durduğumuzu, lazım gələrsə canımızdan keçməyə hazır olduğumuzu göstərirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi