No BackPack Day keçirildi

   Liseyimizdə maraqlı bir aksiya keçirildi. Liseyin 9e sinif şagirdləri Aysel Şıxəliyevanın təşkilatçılığı ilə  “Bel Çantası Yox Günü”  keçirdilər. Şagirdlərimizdən məktəbə çantasız gəlmələrini, bütün kitablarını və dərs ləvazimatlarını əllərində gəzdirmələrini xahiş edilmişdi. Aksiya  maraqla qarşılandı.

   Məqsəd, bel çantası ala bilmədiyi üçün əllərində kitablarını və məktəb ləvazimatlarını götürərək məktəbə getməli olan dünya üzrə milyonlarla gənc tələbəni məlumatlandırmaqdır. No BackPack Day həm də Afrika ölkələrində ibtidai sinif şagirdləri üçün bel çantaları və məktəb ləvazimatları təmin edən qeyri-kommersiya təşkilatıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi