Şagirdlərimiz TIMSS 2023-ün əsas mərhələsində iştirak etdilər

2023-cü il 16-17 may tarixlərində liseyimizin 4a, 8c və 8k sinif şagirdləri riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı – TIMSS 2023-ün (Trends in International Mathematics and Science Study)əsas mərhələsində iştirak etdilər. 

Tədqiqatların əsas məqsədi şagirdlərin nəticələri əsasında təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaq, eləcə də beynəlxalq müqayisələr aparmaqdır.  Qeyd edək ki,  Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunan tədqiqat  kompüterəsaslı həyata keçirildi. Lisey direktoru Aygün Əhmədliinin   koordinatorluğu və Strateji İnkişaf Mərkəzinin nümayəndəsi Vəfa Nəzirovanın nəzarətçiliyi  ilə keçirilən qiymətləndirmə tədqiqatı uğurla həyata keçirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi