Purple Comet! Math Meet beynəlxalq riyaziyyat yarışında uğurlu nəticə

Liseyimizin X sinif şagirdləri Purple Comet! Math Meet beynəlxalq riyaziyyat yarışında uğurlu nəticə əldə etdilər. Təşkilati komitəsi Amerika Birləşmiş Ştatlarında yerləşən yarışa bu il dünyanın 62 ölkəsinin 4000-ə yaxın komandası qatılmışdı. Yarışda liseyimizi 6 nəfərdən ibarət komanda təmsil edirdi. Nazlı Bəxtiyarova, Nüsrət İslamlı, Cəlal Qəhramanov, Adil İsmayılzadə, Əlfəddin Həmidov, Quliyev Rəhmandan ibarət komanda ölkə üzrə birinci yerin sahibi oldu.