Xətai Rayon Polis İdarəsində görüş keçirildi

Azərbaycan Respublikası Prezidentinin 02.06.2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqəli işin təkmilləşdirilməsi məqsədilə Xətai Rayon Polis İdarəsində mayın 12-də dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrilə görüş keçirildi.
Görüşdə Xətai rayon orta ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edirdi. 
Xətai Rayon Polis İdarəsinin rəisi tədbir iştirakçılarını salamladıqdan sonra azyaşlılarla aparılan birgə işin əhəmiyyətindən danışdı. Daha sonra çıxış edənlər Daxili İşlər Nazirliyinin,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələrimüzakirə olunan məsələnin önəmini xüsusi qeyd etdilər, rast gəlinən neqativ hallarla mübarizədə əldə olunan uğurlardan və gələcəkdə görüləcək işlərdən danışdılar. Tədbir orta ümumtəhsil məktəbləri rəhbərlərinin təklifləri ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi