"Texniki yaradıcılıq" dərnəyinin fəaliyyəti

Liseydə "Texniki yaradıcılıq" dərnəyi fəaliyyət göstərir. Dərnəyin rəhbəri Mikayıl Əsgərov və Həsənov Fuad şagirdlərə pilotsuz uçuş aparatlarının sadə kağız üzərində modelinin hazırlanması, modelin tənzimlənməsi,paraşüt modelin detallarının kəsilməsi və düzəldilməsi, planer modelin hazırlanması texnologiyası, rənglənməsi ,nürvürun kəsilməsi, fizelyaj reysinin quyruq hissəsinin bərkidilməsi, modelin quruluş sxeminə görə taxta hissələrinin hazirlanmasını öyrədirlər. Şagirdlər mütamadi olaraq hazırladıqları işləri təqdim edirlər. Şagirdlər növbəti hazırladıqları işləri müstəqil Azərbaycan dövlətinin qurucusu,dahi siyasətçi və qüdrətli dövlət xadimi Heyder Əliyevin anadan olmasının 100 cü ildönümünə həsr etdilər. Liseyin direktoru Aygun Əhmədli və müəllim heyəti işlərlə tanış oldular. Direktor çıxış edərək təməli ulu öndər Heyder Əliyev tərəfindən qoyulmuş inkişafyönümlü işlərin bu gün davam etdirilməsi və şagird əl əməyi ilə hazırlanmış kiçik pilotsuz uçuş aparatlarının hazırlanması işlərinin təqdim olunmasında texniki yaradıcı dərnəyin böyük rolu olduğunu bildirdi. Hər bir şagirdə uğurlar dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi