"Ən yaxşı video çarx"

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamından irəli gələn tədbirlərin icra edilməsi məqsədilə 287 saylı “Zəkalar liseyi”ndə silsilə tədbirlər davam edir.

Belə ki, liseyin ibtidai sinifləri arasında Ulu Öndər Heydər Əliyevin 100-cü il dönümünə həsr olunmuş Rəsm, Divar qəzetləri və “Ən yaxşı video çarx” müsabiqəsi keçirildi. Rəsmlərə, divar qəzetlərinə baxıldı və Video çarxlar izlənildi, qaliblər seçilərək təltif olundular. İbtidai siniflər üzrə metodbirləşmə rəhbəri Reyhan Hacınskaya fəxri fərmanları və simvolik döş nişanlarını şagirdlərə təqdim etdi. Liseyin direktoru, Əməkdar müəllim Əhmədli Aygün bu təntənəli təqdimat mərasimində iştirak etdi və Heydər Əliyev irsinin gənc nəsil tərəfindən dərindən öyrənilməsinin vacibliyini vurğuladı. Şagirdlərə gələcək təhsillərində uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi