2 gündə 3 böyük uğur!

    Liseyimizin 10e sinif şagirdi Nazlı Bəxtiyarova ötən həftə ərzində 3 böyük uğura imza atdı. İtsedadlı şagirdimiz 03.05.2023-cü il tarixində riyaziyyat fənni üzrə RFO-nın final turunda iştirak edərək bürünc medala, 06.05.2023 tarixində  isə informatika fənni üzrə final turunda iştirak edərək yenə də bürünc medala layiq görüldü. Qeyd edək ki, 6 may tarixində həm SAT imtahanlarının ikinci cəhdinə  qatılan Nazlı, bundan əvvəlki SAT imtahanında topladığı 1500 baldan daha yüksək nəticə göstərib.

      Artıq dəfələrlə həm yerli, həm də beynəlxalq yarışların qalibi olan Nazlı ilə qürur duyur, ona  yeni zirvələr fəth etməyi arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi