Şagirdlərimiz səhnələşdirilmiş məhkəmə müsabiqəsinin qalibi oldu

   “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.

    Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədri, Elm və Təhsil Nazirliyinin və  BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müxtəlif dövlət stukturlarının rəhbərləri,  məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.

    Əvvəlcə finala vəsiqə qazanmış hər biri 2 şagird və 1 tələbədən ibarət 2 komandanın - 287 nömrəli “Zəkalar” liseyinin və 7 nömrəli tam orta məktəbin   komandalarının  səhnələşdirilmiş məhkəmə prosesi izlənilib, onların ittihamçı və müdafiəçi kimi çıxışları dinlənilib. Sonda müsabiqənin nəticələri açıqlanıb  və 287 nömrəli “Zəkalar” liseyinin komandası və mentor tələbə Aytac Əliyeva final mərhələsinin qalibi seçilib.  

    Qeyd edək ki, liseyin komandası müsabiqəyə Zəkalar liseyinin direktoru Aygün Əhmədlinin rəhbərliyi altında hazırlaşmışdır. Bu qələbə münasibətilə həm liseyin rəhbəri Aygün Əhmədlini, həm də şagirdlərimizi təbrik edir, onlara yeni nailiyyətlər arzu edirik. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi