Mülki Müdafiə günü

Liseyin Mülki Müdafiə üzrə hazırlıq planına əsasən 27 aprel 2023-cü il tarixində liseydə Mülki Müdafiə günü təşkil olundu. Bu plana əsasən hərbiləşməmiş dəstələrin hərəkətlərinə baxış, V siniflərdə tibbi sanitariya, XI siniflərdə isə açıq nümunəvi məşğələlər keçirildi. Digər siniflərdə MM üzrə viktorina və yarışlar təşkil olundu, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirildi.