Şagirdlərimiz “Gənc Hüquq Müdafiəçiləri” müsabiqəsində uğurla çıxış etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Bakı İctimai Birliyi ilə birgə  “Gənc Hüquq Müdafiəçiləri” Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin ilk mərhələsi keçirildi.    Yasamal Rayon Məhkəməsində keçirilən və çox yüksək səviyyədə təşkil olunan müsabiqənin gedişatını hakimlər, məktəb direktorları, Təhsil Nazirliyinin nümayəndələri izləyirdilər. Müsabiqədə Bakı şəhərinin 8 seçilmiş məktəbinin komandası, hüquq fakultəsinin tələbələri  iştirak edirdi. Liseyimizi bu müsabiqədə 11d sinif şagirdi Elcan Əliyev və 10c  sinif şagirdi İmran Hüseynzadə təmsil etdi. Təmsilçilərimiz uğurlu çıxış edərək, müsabiqənin  1/4 mərhələsinə  vəsiqə qazandılar.
Layihənin keçirilməsində məqsəd 10-11-ci siniflərdə təhsil alan və təhsilini hüquqşünaslıq ixtisasında davam etdirmək istəyən şagirdlərin hüquqi biliklərinin artırılması, onların məhkəmə təcrübəsi ilə tanış olmasını təmin etməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi