Valideyn komitələrinin sədrləri ilə görüş

    07 aprel 2023-cü  il tarixdə liseydə   valideyn komitələrinin sədrləri ilə görüş keçirildi.  İclası çıxış sözü ilə liseyin direktoru Aygün Əhmədli açdı. Tədbirdə  uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və görülən işlərin səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrinin möhkəmləndirməsi istiqamətində   valideynlərin təklif və  iradları  dinlənildi. Valideynlər  məktəbdə şagirdlərin daxili nizam - intizam qaydaları ilə, görülən yeni işlərlə yaxından tanış oldu. Nazirlər Kabineti tərəfindən təklif olunan məktəbli formalarının seçimi ilə bağlı məsələlər də valideynlərlə müzakirə edilərək, növbəti  dərs ilində tətbiq ediləcək məktəbli forması  qəbul edildi. Eyni zamanda liseydə şagirdlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər də  müzakirəsi edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi