"Milli Aviasiya Akademiyası"nın muzeyinə ekskursiya

   Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Münəvvər Əhmədova və liseyimizdə onun təşkil etdiyi Ekoklubun üzvləri "Milli Aviasiya Akademiyası"nın muzeyinə ekskursiya etdilər. Burada onlar Cumhuriyyət dövründən indiyə qədər yaşamış qəhrəman pilotların həyatları haqqında məlumatlar əldə etdilər. Şagirdlərə Vətən müharibəsində şəhid olmuş pilotlar barədə də məlumat verildi. Həmçinin onlar müxtəlif təyyarə maketləri və pilot geyimləri ilə də tanış oldular. Şagirdlər xoş təəssüratlarla muzeydən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi