31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmişdərslər keçirildi

  Martın 31-də liseyin  bütün siniflərində birinci dərslər 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olundu. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə Bilalovanın 5c sinfində  keçdiyi dərs də yadda qalan dərslərdən biri  oldu. Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir  dəqiqəlik sükutla yad edildi. Sahilə müəllimənin çıxışından sonra dərsə dəvət olunan liseyin hərbi rəhbəri İbrahim Rüstəmov çıxış etdi. Müəllimlər  31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında şagirdlərə  məlumat verdi, videoçarx nümayiş etdirdi və şagirdləri tariximizi dərindən öyrənməyə, soyqırım qurbanlarını unutmamağa çağırdılar. Şagirdlərin ifasında şeirlər səsləndirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi