31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “dəyirmi masa” təşkil olunub

  31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı: keçmişdə və müasir dövrdə” mövzusunda “dəyirmi masa” təşkil olundu.  Liseyin tarix müəllimi Yusif Rüstəmov və təşkilatçı Aysel Şıxəliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin X sinif şagirdləri iştirak ediridi. Öncə 1918-ci il 31 Mart soyqırımına məruz qalmış günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Y.Rüstəmov çıxış edərək bildirib ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etmək, əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. 31 Mart qırğını isə xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi