Şagirdimiz "Biologiya fənni üzrə bilik yarışı"nın qalibi oldu

   "Uniser Education"də şəhid biologiya müəllimi Tural Rəhimovun əziz xatirəsinə həsr olunmuş "Biologiya fənni üzrə bilik yarışı" keçirilmişdir.Yarış respublikanın VII-VIII sinif şagirdləri arasında keçirilmiş və 3000-dən artıq şagird iştirak etmişdir.Liseyimizin VII A sinif şagirdi Fidan Camallı  4 mart 2023-cü il tarixdə final turunda iştirak etmiş və dördüncü yerin sahibi olmuşdur.11 mart 2023-cü il tarixdə BANM-də təşkil olunmuş mükafatlandırma mərasimində iştirak edən sagirdimiz "Fəxri fərman" və müxtəlif hədiyyələr,müəllimi Ellada Məmmədova isə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Şagirdimizi və onun müəllimini təbrik edir və uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi