Pi Günü

Pi Günü – məşhur pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunur. Bunun səbəbi isə Amerikan tarix formatında bu günün 3/14 kimi yazılması və bunun pinin təqribən aldığı ədədə oxşamasıdır. Bu münasibətlə liseyin riyaziyyat müəllimi Elmira Xəlilovanın təşkilatçılığı ilə 5c sinifində riyaziyyat yarışması keçirildi. Şagirdlər əyləncəli riyaziyyat suallarını həvəslə cavablandırdılar.