Sağlam qida – sağlam təhsil

  Məktəb illəri uşaqların həm əqli, həm də fiziki cəhətdən intensiv inkişafı dövrüdür. Məhz buna görə də xüsusilə orta təhsil müəssisələrində şagirdlərdə sağlam qidalanma vərdişlərinin formalaşdırılması çox mühüm məsələdir. Bunun üçün isə məktəblərdə bu istiqamətdə məqsədyönlü işlər aparılmalıdır.

 Bu məqsədlə liseydə mütəmadi olaraq müvafiq maarifləndirici tədbirlər keçirilir. Uşaq və yeniyetmələrin hər yaş qrupuna fərdi yanaşan məktəbin pedaqoji kollektivi belə tədbirlərin  hər bir sinifdə keçirilməsini vacib hesab edirlər. Növbəti belə maarifləndirici tədbirlərdən biri də  IX siniflərində liseyin biologiya müəllimi Ellada Məmmədova və təşkilatçı Aysel Şıxəliyeva tərəfindən təşkil olundu.  “Sağlam qida – sağlam təhsil” devizi altında keçirilən bu tədbirdə şagirdlərə  sağlam qidanın təbliğini əks etdirən əyani vəsaitlər nümayiş etdirildi. Tədbir diskusiya şəklində davam etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi