Bayram tədbiri keçirildi

29 dekabr 2016-cı ildə liseyimizin akt zalında liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Könülün rəhbərliyi altında 7e sinif şagirdləri tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2017-ci ilin gəlişi ilə bağlı tədbir keçirildi. Şagirdlər tədbirdə şən nəğmələr, şeirlər və maraqlı səhnəciklər təqdim etdilər. Tədbir hər kəsdə xoş əhval - ruhiyyə yaratdı. İzləyənlər şagirdlərin arzularına qoşuldular. Liseyin rəhbəri Aygün xanım da şagirdlərin və müəllim kollektivinin timsalında bütün xalqımızı təbrik etdi, şagirdlərimizə millətimizin dəyərlərini daim bax beləcə qorumağı tapşırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi