Kiçik Elmlər Akademiyası layihəsində yer tutduq

24 dekabr 2016-cı il tarixində Bakı Avropa liseyində Kiçik Elmlər Akademiyasının yubiley konfransı keçirildi. Konfransa liseyimizin müəllim-şagird heyəti də qoşulmuşdu. Yubiley sessiyasında liseyimizin 10b sinif şagirdi Qasımlı İlkin "Mini Günəş" adlı layihəsi ilə iştirak edirdi. Münsiflər heyəti qarşısında təqdim edilən iş maraqla qarşılandı. Şagiridimiz BAL-nin Kiçik Elmlər Akademiyasının elmi praktik konfransında "Dəqiq və Təbiət elmləri" üzrə III dərəcəli diplomu ilə təltif olundu. İlkinin elmi rəhbəri liseyimizin fizika müəllimi Baxşıyeva Gülçinə təşəkkür elan edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi