Liseyin direktoruna Fəxri Fərman təqdim edildi

  Fevralın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı yaradılmasının  30 illiyini qeyd etdi. Tədbir iştirakçıları öncə Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla andılar.  Daha sonra tədbirin rəsmi hissəsi keçirildi. Çıxış edənlər regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 il ərzində gördüyü işlərdən bəhs etdilər.

    Tədbirin sonunda YAP Xətai rayon təşkilatının  həyatında  fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar təqdim edildi. Liseyimizin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əhmədli, uzun illər Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı Qadınlar şurasının sədri vəzifəsini şərəflə daşımış və sözügedən tədbirdə Fəxri fərmanla mükafatlandırılmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi