Muxtar Qasımlının doğum günü

   23 fevral liseyimizin şagirdi, qəhrəman Muxtar Qasımovun doğum günüdür. Şəhidin adını daşıyan sinif otağında təhsil alan 9b sinif şagirdləri şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Liseyin riyaziyyat müəllimi Şöhrət Qasımova  Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.

   Muxtar Qasımovun timsalında  vətənin bütövlüyü uğrunda canından keçən  bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi