21 Fevral-  Beynəlxalq Ana Dili Günü

   Fevralın 21-də  "21 Fevral-  Beynəlxalq Ana Dili Günü" münasibətilə liseyin Azərbaycan dili dərsləri   “Ana dilim-milli sərvətim” mövzusuna həsr olundu. Liseyin Azərbaycan dili müəllimləri Tərlan Həsənova, Xəyalə Tağıyeva, Nərminə Səfərova, Ləman Baloğlanovanın dərslərində  ana dilimiz, onun saflığı, gözəlliyi əsas mövzu xəttini təşkil edirdi. Şagirdlərin iştirakı ilə  ədəbi-bədii-musiqili kompozisiya  təqdim olundu.  Ana dilimizin tərəqqisi üçün çalışmağın  vacibliyi, bu müqəddəs sərvəti - ana dilimizi qoruyub saxlamağın önəmli olması  vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi