Mübariz İbrahimova həsr olunan dərs

    Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Tağıyevanın  növbəti dərsi  “Azərbaycanın Milli Qəhrəmanı”, "Qızıl Ulduz" medalı, "Vətən övladı" qızıl ordeni ilə təltif olunan şəhid Mübariz İbrahimova həsr edilmişdi. 

    Düz 10 il əvvəl, iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.  Müəllimə, bu faktları şagirdlərə çatdıraraq, onları rəşadətli ordumuzun  daha bir igid əsgəri ilə yaxından tanış etdi. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi