Iki şagirdimiz ABB Riyaziyyat Yarışmasının qalibi olaraq, 10 günlük təlimində də uğurla iştirak etdilər

ABB-nin növbəti əlamətdar təşəbbüsü olan ABB Riyaziyyat Yarışması uğurla başa çatdı.

Bu təşəbbüsün əsas məqsədi  ölkəmizin ən görkəmli riyaziyyat istedadlarını aşkarlamaq və onların inkişafına töhfə verməkdir.

Proqrama 7500-dən çox istedadlı şagird qoşulmuşdu. Onlardan 36 nəfəri son mərhələyə qaldı və onlara 10 gün ərzində xüsusi dərs keçildi. Finala qalan 36 nəfərin ikisi Zəkalar liseyinin şagirdləridir: 10 e sinif şagirdi Nazlı Bəxtiyarova və  9c sinif şagirdi Cəlal  Qəhrəmanov. 

Hər iki şagirdimiz RFO-da riyaziyyat və informatika fənləri üzrə də növbəti tura vəsiqə qazanıblar. Onları bu uğurlar münasibətilə təbrik edir, yeni nailiyyətlər arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi