Dördüncü siniflərdə maraqlı tədbir keçirildi

Tarixən ölkəmizdə müxtəlif xalqların, millətlərin nümunəvi birgə yaşayış ənənələri olmuşdur. Bu ənənələrin yaşadılması təbliğ edilməsinin ən vacib məsələlərdən biridir. Ölkə başçısının sərəncamı ilə Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” elan olunub. Əsrlər boyu sahib olduğumuz və bu günədək qoruyub saxladığımız multikultural dəyərlərin bundan sonra da inkişaf etdirilməlidir. Bu baxımdan daim şagirdlərlə iş aparan liseyimizin ibtidailər korpusunda dekabr ayında tədbirlər keçirildi. Liseyin dördüncü sinif şagirdləri dünya xalqlarının geyimləri, süfrə ənənələri haqda məlumatlar verdilər. Təqdim etdikləri xalqların dilində mahnılar və şeirlər səsləndi. Liseyin direktoru çıxış edərək bu istiqamətdə bugünkü balacaların gələcəyin öncüləri olacaqlarını qeyd etdi, gözəl tədbir üçün şagirdlərə və onların müəllimlərinə təşəkkürlərini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi