"Kəndli və Vəzir" nağılı müsabiqədə qalib gəldi

15-16 dekabr 2016-cı il tarixlərində Xətai raoyunundakı 269 №li tam orta məktəbin akt zalında Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon ümumtəhsil məktəblərinin ibtidai sinifləri arasında "Milli Nağıl" müsabiqəsi keçirildi. Builki müsabiqədə 287 №li "Zəkalar" liseyini ibtidai siniflərindən Nəcəfova Sevincin rəhbərlik etdiyi 4b sinfi təmsil edirdi. Uşaqlar "Kəndli və Vəzir" nağılını təqdim etdilər. Nağıl tam milli ruhda hazırlanmış, geyimlərdən tutmuş dekorasiyaya qədər hər bir elementdə millilik qorunub saxlanılmışdı. Nağılın gözəl ifası tamaşaçıları bir anlıq qədim dövrlərə apardı. Güclü rəqabət olan müsabiqədə liseyimizin təmsilçiləri birinci yerə layiq görüldülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi