İdmançımızın uğuru

   Liseyimizin 5 b sinif şagirdi Vəliyev Yusif Tofiq oğlu 2020- ci ildən etibarən Modern İdman məktəbində peşəkar idmançılarımız Turqut Həsənov və Samir Məmmədov ilə Şotokan-Karate-Do idman növü üzrə məşğul olur. Vəliyev Yusif bu idman növü üzrə keçirilən yarışlarda dəfələrlə uğur qazanmış, diplom və medallarla təltif olunmuşdur. Olimpik karate məktəbinin təşkil etdiyi yarışda 1-ci yeri, Atom idman klubunun təşkil etdiyi yarışda 2 -ci yeri, Gəncədə 26 iyun "Silahlı Qüvvələr Günü"nə həsr olunmuş açıq birincilikdə 1-ci yeri, Qaraqaplan idman məktəbinin keçirdiyi açıq birincilikdə 1-ci yeri, Zabit Babayev adına Karate Mərkəzinin keçirdiyi açıq birincilikdə 1-ci yeri tutmuşdur. 08.10.2022-ci il tarixdə Karate-Do Federasiyaları Assoiasiyasının təşkil etdiyi, 5 qat dünya çempionumuz Rafael Ağayevin iştirak etdiyi imtahandan uğurla keçmiş və yaşıl kəmərə layiq görülmüşdür. 15.01.2023-cü il  tarixində 2022-ci ildə qazandığı nəaliyyətlərə görə fəxri fərmanla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi