Şagirdlər Şəhidlər xiyabanını ziyarət etdilər

   Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı olaraq şagirdlərdə Vətənə məhəbbət hissini daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununu onlara düzgün aşılanması baxımından   liseyin rəhbərliyi və bir neçə müəllimin rəhbərliyi altında    liseyin  bir qrup  şagirdinin  Şəhidlər xiyabanına, Fəxri xiyabana və Qənimətlər parkına  ziyarəti təşkil olunub. Şagirdlərə  20 Yanvar faciəsi barədə dolğun məlumatlar verilib, xalqımızın şərəf salnaməsi olan 20 Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışmış, bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğu bildirildi. Şagirdlər  Fəxri xiyabanda liseyimizin məzunu Kamran Hüseynovun, Polad Həşimovun qəbri önündə xatirə şəkilləri çəkdirdilər. 
   Şagirdlər Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi