51 şagirdimiz RFO-nın növbəti turuna vəsiqə qazandı

 06.01.23-cü il tarixində RFO-nın birinci mərhələsinin nəticələri elan edildi.  Belə ki, liseyimiz növbəti tura keçən şagird sayına görə Bakı şəhəri üzrə birinci yerdədir. BŞTİ-nin  bu gün  göndərdiyi siyahı üzrə liseyimizin 45 şagirdi və bir neçə gün əvvəl elan olunan informatika fənni nəticələrinə görə də  6 şagird  olmaqla,  RFO-nın növbəti turuna cəmi 51 nəfər  vəsiqə qazandı. Beləliklə,  22 nəfər riyaziyyat, 8 nəfər fizika, 6 nəfər informatika, 5 nəfər Azərbaycan dili və ədəbiyyat, 4 nəfər coğrafiya, 3 nəfər kimya, 2 nəfər biologiya, 1 nəfər tarix fənni üzrə yüksək nəticə göstərib. 

  Bu münasibətlə şagirdlərimizi təbrik edir, növbəti mərhələlərdə də uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi