Komandamız "RoboGames 2022” STEAM müsabiqəsinin çempionu oldu

   24-25 dekabr tarixlərində Elm və Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə  "RoboGames 2022” STEAM müsabiqəsi keçirildi. Liseyimizin "Dynamite" komandası müsabiqənin çempionu adını qazandı. Liseyin XI sinif şagirdləri Polad Rüstəmzadə, Həmzə İsmayılzadə, Elvin Həsənli, IX sinif şagirdi İbrahim Əliyev, VII sinif şagirdi Nihat Cəfərli   yarışa liseyin  informatika müəllimi Məhin Cəfərovanın rəhbərliyi ilə qatılmışdı.  Komanda olaraq birlikdə işləmənin əhəmiyyətini göstərən və peşəkarlıq, əməkdaşlıq, eləcə də dostca rəqabət nümayiş etdirən komandamız robot oyununda uğurla çıxış etdi, jürilərə Ağıllı yol layihəsini təqdim etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi