Ümummilli lider Heydər Əliyevin xatirəsini anma tədbiri

 Zəkalar liseyində ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.  Tədbir liseyin hərbi rəhbəri  İbrahim Rüstəmov və təşkilatçı Aysel Şıxəliyevanın rəhbərliyi ilə təşkil edilmişdi. Tədbirdə ulu öndərin mənalı və zəngin həyat yolundan ətraflı məlumat verilmiş, Azərbaycan xalqının azadlıq mübarizəsində oynadığı müstəsna xidmətlərindən danışılmış, xüsusilə, ordu quruculuğu sahəsində həyata keçirdiyi dövlət siyasətinin əhəmiyyətindən bəhs edilmişdir. Liseyin çağırışaqədərki hazırlıq müəllimi ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmov  Silahlı Qüvvələrimizin yaranması, formalaşması və Cənubi Qafqazın ən öncül güc strukturuna çevrilməsində ulu öndərin gələcəyə hesablanmış və reallaşdırılmış strateji əhəmiyyətli planları haqqında gənc nəslə ətraflı məlumat vermiş, ümummilli liderimizin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açmışdır. Natiq öz çıxışında 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm qələbəmizdə Heydər Əliyev siyasətinin və uzaqgörənliyinin əvəzsiz rol oynadığını xüsusilə diqqətə çatdırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi