İki şagirdimiz “İstedadların hazırlığı laboratoriyası-2016" qalibi oldu

Artıq dördüncü mövsümdür ki, uğurla davam edən “İstedadların hazırlığı laboratoriyası” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin Respublika turu da geridə qaldı. Hər il olduğu kimi, builki olimpiadada qaliblər sırasında liseyimizin şagirdləri də var idi. 11d sinif şagirdi Bağırov Ömər 75 balla birinci yerə, 10b sinif şagirdi Paşayeva Aytəkin isə 62 balla ikinci yerə layiq görüldü.Uğurlarınız bol olsun!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi