Anar Mustafazadə liseyin qonağı oldu

04.12.2022-ci il tarixində BŞTİ-nin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə liseyin pedaqoji kollektivi ilə səmərəli görüş keçirdi.  Görüşdə 70-dən çox müəllim iştirak edirdi. Dərsdə təlim nəticələrinin  müəyyənləşdirilməsi,  təlim nailiyyətlərinin yüksəldilməsi istiqamətində faydalı və maraqlı seminar təşkil edildi. Disskusiya və praktiki işlərlə zəngin olan seminarda Anar müəllim yerli və beynəlxalq təcrübədən çıxış edərək kollektiv üzvlərinə dəyərli tövsiyələr verdi.

İstirahət günü olmasına baxmayaraq, dəvətimizi qəbul etdiyinə və müəllimlərdə yüksək motivasiya yaratdığına görə BŞTİ-nin sektor müdiri Anar Mustafazadəyə liseyin rəhbərliyi və pedaqoji kollektiv adından dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi