Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!
Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Liseyin psixoloqu Xatirə Hacıyeva və təşkilatçı Aysel Şıxəliyeva yuxarı sinif şagirdlərinin iştiraki ilə bu mövzuda maarifləndirici tədbir keçirdilər. Tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə hazırlanmış sosial çarxlar izləndi. Şagirdlərin sualları cavablandırıldı.