Liseydə növbəti "Zəka" intellektual oyunu keçirildi

 05.11.2022  tarixində 287 nömrəli Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi.   Yarış "8 Noyabr-Zəfər günü"  və Zəkalar liseyinin 30 illiyinə həsr edilmişdi. Liseyin riyaziyyat  müəllimi Hüseyn Vəliyevin rəhbərliyi və liseyin kollektivindən  N.Aynur, İ.Nigar, direktor müavinləri  Y.Lalə,  Ş,Aysel  təşkilatçılığı ilə keçirilən tədbir ənənəvi olaraq dövlət himninin səslənəsi ilə başladı.   Tədbirdə liseyin rəhbərliyi, qonaqlar iştirak edirdi.

    Bu dəfəki yarışda Zəkalar liseyinin, Dəyanət liseyinin, FRİTL-nin, 147 saylı Humanitar liseyinin, Ekologiya liseyinin, Gənc istedadlar liseyinin VII sinif şagirdləri iştirak edirdilər.   Qızğın rəqabət şəraitində davam edən oyun çox maraqlı keçdi.   I yeri  Dəyanət liseyinin, II yeri FRİTL-nin, III yeri isə Ekologiya liseyinin   komandası tutdu.  Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi