Zəfər  Günü

4 noyabr 2022-ci il tarixində Zəkalar liseyində 8 noyabr-Zəfər  Günü ilə bağlı tədbir keçirildi. Aysel Şıxəliyevanın təşkilatçılığı ilə keçirilən  tədbirdə liseyin rəbərliyi, müəllim kollektivi və şagirdlər iştirak etdi.  Liseyin şəhid və qazi valideynlərinin övladları tədbirə xüsusi  dəvət edildi. 

    Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə  məlumat verildi. Şagirdlərin ifasında bir-birindən maraqlı şeir və mahnılar ifa edildi. Sonda söz liseyin direktoru Aygün Əhmədliyə verildi. A.Əhmədli Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi