Gənc Bioloqların Olimpiadası

26-27 noyabr 2016-cı il tarixlərində liseyimizdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə VIII Grand layihəsi çərçivəsində "Gənc Bioloqların Olimpiadası" keçirildi. Layihə maarifləndirmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyırdı. Layihənin birinci mərhələsində( 26 noyabrda ) 50 nəfər şagird arasında iki variantda 50 sualdan ibarət test imtahanı keçirildi. İkinci mərhələsində (27 noyabrda bağlanış və mükafatlandırma ) bütün şagirdlər iştirakçı sertifikatı, ən yüksək bal toplamış 3 şagird qalib sertifikatı və hədiyyə ilə mükafatlandırıldı. Hədiyyələri layihənin rəhbəri Humay Mahmudova təqdim etdi. 11d sinif şagirdi Yusifov Nemət I yerə, Ağalı Günel və Baxşılı Zülfüqar II və III yerlərə layiq görüldülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi