Şagirdlərimiz “Suyun qoruyucuları” adlı maarifləndirici tədbirdə

Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 03 oktyabr 2022-ci il tarixində “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən ekoklub üzvlərinin iştirakı ilə “Suyun qoruyucuları” adlı maarifləndirici tədbir keçirilib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin birgə əməkdaşlığı ilə baş tutub.

Tədbirin keçirilməsində əsas məqsəd sudan səmərəli və dayanıqlı istifadənin təbliği, suyun insanlar üçün əhəmiyyəti və qarşılıqlı təsiri, Azərbaycanda su hövzələrinin çirklənməsi və qarşısının alınması yolları, işğaldan azad olunmuş rayonlardan keçən transsərhəd çaylarin ekoloji vəziyyəti və bu sahədə uşaq və gənclər arasında maarifləndirmənin və ekoloji biliklərinin artırılmasından ibarətdir.

287 nömrəli Zəkalar liseyinin tərkibində fəaliyyət göstərən "Ekoklub"un üzvü olan 6c sinif şagirdləri də tədbirdə iştirak etdilər. Şagirdlərimiz tədbirdə aktiv ikştikrak etdi, verilən sualları cavablandırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi