Kitabçı Düşərgəsinin üzvləri IV Milli Kitab Sərgisində

   Oktyabrın 1-də Zəkalar liseyinin Kitabçı Düşərgəsinin üzvləri Baki İdman Sarayında IV Milli Kitab Sərgisində iştirak ediblər. Sərgidə klassik dünya ədəbiyyatı nümunələri ilə yanaşı, çağdaş nəşr nümunələri nümayiş etdirilmişdir. Qiymətlərdə edilən 30-50 faiz endirimlər düşərgə üzvlərinin daha çox kitab almasında mühüm rol oynamışdır. Xüsusilə müəlliflərin öz imzası ilə  təqdim edilən əsərlər düşərgə üzvlərində kitaba  marağı daha da artırmışdır. Kitabçılar sərgidə müxtəlif janrlar üzrə 30-dan çox kitab almış, fikir mübadiləsi aparmışlar. IV Milli Kitab Sərgisi gənc nəslin formalaşmasında əsaslı rol oynayan mühüm tədbir kimi yadda qalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi