27 sentyabr - Anım Günü tədbiri keçirildi

      287 nömrəli Zəkalar liseyinin rəhbərliyinin təşkilatçılığı ilə 27 sentyabr -  Anım Günü münasibətilə geniş tədbir keçirildi. Liseyin həyətində bütün kollektivin və valideynlərin iştirakı ilə keçirilən tədbirdə şagirdlər  bayraqlarımızı və qalibiyyət ruhlu pankartları tutmuşdular. Tədbir dövlət himninin səslənməsi ilə başlandı.

       Tədbirdə çıxış edən liseyin direktoru Aygün Əhmədli və liseyin hərbi rəhbəri polkovnik İbrahim Rüstəmli Prezident İlham Əliyevin 27 Sentyabr Anım Günü ilə bağlı sərəncamın böyük əhəmiyyətindən danışdılar. Qeyd olundu ki,  ki, Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 

Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu igid oğulları böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirik, onlara Allahdan səbr diləyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

    Bundan başqa liseyin bütün sinif otaqlarında pəncərələrdən bayraqlar asıldı, divarlar divar qəzetləri ilə bəzəndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi