Məzunlarımız 100% qəbul nəticəsi göstərdi

2021-22-cu tədris ili    liseyimiz üçün  uğurlu oldu. Məzunlarımız da qəbul nəticələri  ilə kollektivimizi sevindirdi.  Qeyd edək ki, bu il liseyimizi   tam orta  təhsil pilləsi  üzrə bitirən   103 məzunun  hər biri tələbə adı qazandı. İki məzunumuz qızıl nişana  layiq görüldü, 3 məzunumuz RFO-nın qızıl və gümüş medalçısı oldu, 36 məzunumuz DİM-in qəbul imtahanında 500-dən yuxarı,  19 nəfəri 600-dən yuxarı, 9 nəfəri 650-dən yuxarı bal topladı. 15 nəfər məzun  Avropanın və  Türkiyənin  ən prestijli universitetlərinin  tələbəsi olmağa layiq görüldü.

 İnanırıq ki, şagirdlərimiz seçdikləri ixtisaslara yiyələnib dəyərli mütəxəsislər olacaqlar və vətənimizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi