Məzunlarımız Avropa bilik yarışında qalib oldular

İyul ayının 27-sində,Park İnn hotelin "Dan ulduzu" zalında Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin keçirdiyi yarışda məzunlarımızdan ibarət "Zəkalar" komandası(Nilufər Tağıyeva,Murad İskəndər,Tofiq Rəhimov,Cavidan Səttarzadə) üçüncü yerin sahibi oldu. Komandamız seçimlərə qatılan 100-dən artıq komanda arasında fərdi müsahibələr mərhələsində fərqlənərək əsas yarışa vəsiqə qazanan 14 komandadan biri olmuşdur. Əsas yarışda isə məzunlarımız özlərindən qat-qat təcrübəli və peşəkar komandalarla mübarizə apararaq oyunda səslənən "Nə?Harada?Nə zaman?" formatlı 30 sualdan 21-nə düzgün cavab vermiş, beləliklə gərgin keçən mübarizənin sonunda 3-cü yeri qazanmışlar. Komanda üzvlərinə hədiyyələr və sertifikatlar Avropa birliyinin Azərbaycandakı səfiri Peter Michalko tərəfindən təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi