Şagirdimizin KGL Beynəlxalq Dil Yarışmasında uğuru

  Liseyimizin bir neçə şagirdi bu il ilk dəfə Azərbaycanın da qatıldığı KGL Beynəlxalq Dil Yarışmasında iştirak etmiş, onlardan 4 nəfər fərqli səviyyələr üzrə yüksək bal toplayaraq 2-ci mərhələyə vəsiqə qazanmışdır. Liseyimizin 8a sinif şagirdi Rəhimova Səidə iştirakçılar arasında ən yüksək bal toplayaraq 2-ci mərhələnin qalibi olmuş və Yunanıstanın Afina şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanmışdır. Istedadlı şagirdimizin ingilis dili müəllimi Könül İslamovadır.
Qeyd edək ki, KGL Beynəlxalq Dil Yarışması 40-a yaxın ölkədə təşkil olunan və sürətlə böyüyən Dil Yarışmasıdır. Ölkə üzrə yarışmaya ilkin olaraq 321 nəfər qatılmış, 2-ci mərhələyə onlardan 61 nəfər keçmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi