Bir ailənin iki övladı qızıl medal qazandı

   Liseyin dəyərli valideynlərindən olan İskəndərovlar ailəsinin iki övladı, Murad və Fərhad cari dərs ilini bir çox nailiyyətlərlə başa vurdular. XI sinif şagirdi olan Murad İskəndər  RFO-da tarix fənni üzrə,  VI sinif şagirdi Fərhad  İskəndər isə Fənn Müsabiqələrində riyaziyyat fənni üzrə qızıl medala layiq görüldü. Qeyd edək ki, eyni zamanda liseyin intellektual oyunlar komandasının da aktiv üzvləri olan qardaşlar, il boyunca bir çox çempionatda da komanda hesabında dəfələrlə kubok sahibi olublar. 
   Hər iki istedadlı şagirdə yeni nailiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi