Şagirdlərimiz III Respulika çempionatının qalibi oldular

    Mayın 22-də məktəblilər arasında «Fibonaççi» intellektual oyunu üzrə III Respublika çempionatının final oyunu baş tutub. 8 turluq onlayn oyunlardan sonra ən yaxşı 20 komandanın iştirakı ilə baş tutan final oyununda məktəbimizi təmsil edən «Zəkalar Sr» komandası qalib adını qazanıb. Murad İskəndər, Nilufər Tağıyeva, Məleykə Salamzadə, Cavidan Səttarzadə, Tofiq Rəhimov, Fərhad İskəndər, Nemət Məmmədli, Elcan Əliyevdən ibarət heyət Bakı Avropa liseyinin «Fortuna», Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin «Dark matter» komandalarını qabaqlamağı bacarıb. Qaliblər kubok, diplomlar və müxtəlif hədiyyələrə sahib olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi